V “Elektron Təhsil” Respublika müsabiqəsinə
təqdim olunan işlər Ekspert komissiyasının üzvləri tərəfindən qiymətləndirildi.
Qiymətləndirməyə əsasən, 978 layihədən
302 layihə nominant adını qazanaraq, növbəti III mərhələyə keçirilmişdir. Bu mərhələdə qiymətləndirmə Münsiflər heyətinin üzvləri tərəfindən həyata keçiriləcəkdir. Münsiflər təqdim olunan işləri 0-10 bal sistemi ilə onlayn olaraq qiymətləndirəcəklər. Nəticələrə uyğun olaraq, yüksək bal toplayan işlərin müəllifləri Təşkilat Komitəsi qarşısında təqdimat edəcəklər və nominasiyalar üzrə qaliblər müəyyən ediləcəkdir.
Qeyd edim ki, müsabiqə “Dr. Web”, İntel korporasiyasının
“Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir.
Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları,
noutbuklar, planşetlər,printerlər və digər mükafatlar təqdim olunacaq.
Çox sevindirici haldır ki, bu ilki müsabiqənin
Müasir məktəbdə elektron tədris resursları: "1 şagird : 1 kompüter" modelində ən uğurlu dərs nominasiyasında mənim də dərsim - "Ədəbi dilin qrammatik norması" nominant adını qazananlar sırasında yer alıb. Mən bu müsabiqəyə bu il tam ciddiyətimlə qoşulmuşam. İnanıram ki, bu il həqiqətən qaliblərdən biri mən olacam! ƏDƏBİ DİLİN QRAMMATİK NORMASI Məşhur
Mən, Muradlı Çingiz Məzahir oğlu İsamyıllı şəhər 3 nömrəli məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Mənim bu layihədə iştirakımın əsas məqsədi XXI əsrdə - informatika əsrində hər bir şagirdin bilik, bacarıq və informasiya ehtiyaclarının ö ... Ətraflı... |
21 Kasım 2014 Cuma
V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verildi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder