25 Ekim 2014 Cumartesi

Azərbaycanda ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb.


 Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycanda ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq.
Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən M.Cabbarov bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb:
“Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir”.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan M.Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir. İclas sabah yekunlaşacaq.



Oktyabrın 16-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.


Görüşdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində “Tərəqqi” medalı, “Əməkdar Müəllim” və “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunmuş təhsil işçilərini təbrik edib. Nazir bu sərəncamın ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bir daha bariz nümunəsi olduğunu bildirib.Mikayıl Cabbarov təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi motivasiyasının vacib olduğunu vurğulayıb. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən nazir inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində işlər görüldüyünü nəzərə çatdırıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu bir il ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov qarşıda duran işlərin həyata keçirilməsində müəllimlərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.                      
Görüşdə müəllimlərdən bir neçəsi çıxış edərək təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində daha səylə çalışacaqlarını qeyd ediblər.          
 Fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

http://xflash.ucoz.ru/load/osennij_listopad/10-1-0-1598
http://az.wikipedia.org/wiki/İsmayıl_Şıxlı

İsmayıl Şıxlı

Vikipediya, açıq ensiklopediya
İsmayıl Şıxlı
İsmayıl Qəhrəman oğlu Şıxlınski
İsmayıl Şıxlı.jpg
Doğum tarixi22 mart 1919
Doğum yeriİkinci Şıxlı, Qazax
Vəfatı26 iyul 1995 (76 yaşında)
Vəfat yeriBakıAzərbaycan
UşağıElçin Şıxlı
VətəndaşlıqFlag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svgAzərbaycan
Milliyyətiazərbaycanlı
TəhsiliQazax pedaqoji məktəbi
Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsi
Karyera1938-1995
Əsərlərinin diliazərbaycanca
İlk əsəri"Quşlar" şeiri (1938)
Mükafatları"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)
"Şöhrət" ordeni (Azərbaycan)
IMDbID 1077928
Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

Həyatı[redaktə]

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali QafqazKrım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

Ədəbi yaradıcılığı[redaktə]

İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

İctimai-siyasi fəaliyyəti[redaktə]

İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-19691983-cü ildən bəri), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. Xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[1].
Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "İkinci dünya müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır.
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Əsərləri[redaktə]

  1. Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
  2. Kerç sularında (hekayələr). Bakı: Azərnəşr, 1950, 139 səh.
  3. Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr, 1951, 128 səh.
  4. Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr, 1953, 44 səh.
  5. Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr, 1957, 260 səh.
  6. Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
  7. XVIII əsr xarici ədəbiyyat tarixi. Bakı: 1970, 150 səh. (şərikli)
  8. Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr, 1971, 365 səh.
  9. Seçilmiş əsərlər (iki cilddə). II c. Bakı: Azərnəşr, 1971, 444 səh.
  10. XX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1974, 256 səh.
  11. Mənim rəqibim. Bakı: Gənclik, 1975, 192 səh.
  12. Dəli Kür (roman). Bakı: Gənclik, 1977, 408 səh.
  13. Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, 368 səh.
  14. Dəli Kür (roman). Bakı: Yazıçı, 1982, 436 səh.
  15. Dəli Kür (roman). Bakı: Yazıçı, 1983, 436 səh.
  16. Məni itirməyin. Bakı: Gənclik, 1984, 364 səh.
  17. Cəbhə yolları. Bakı: Gənclik, 1985, 188 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə) I c. Bakı: Azərnəşr, 1986, 480 səh.
  19. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1986, 477 səh.
  20. Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı, 1988, 358 səh.

Tərcümələri[redaktə]

(türkcə və ruscadan)
  1. XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
  2. Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
  3. Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).

Filmoqrafiya[redaktə]

  1. Ayrılan yollar (film, 1997)
  2. Bizim qəribə taleyimiz (film, 2005)
  3. Dəli Kür (film, 1969)
  4. Əzizə Cəfərzadə (film, 1999)
  5. Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
  6. Xalq şairi Səməd Vurğun (film, 1969)
  7. İşarəni dənizdən gözləyin (film, 1986)
  8. Kürə qovuşan ömür (film, 2003)
  9. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)

İ

Baba Vəziroğlu


Payız fəsli                     

                                                                                                                       
Payız gəldi - Bəxtiyar Vahabzadə
                                                                                                        http://xflash.ucoz.ru/load/osennij_listopad/10-1-0-1598
 Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar                           
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.

Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.

Özümü aldadır hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.

Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.

Payız gəldi, uçdu getdi quşlar,
Sən

Böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Şairin ilk mətbu şeiri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunub. 1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı nəşr edilib. Şair 1994-cü il iyunun 22-də vəfat edib. Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olunub. Onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldilib. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib. 
 80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Vətənpərvər böyük şair! Azərbaycan azadlığını varlığından üstün tutan ölməz sənətkar!Sənin qoyduğun iz azadlığa gedən cığırdır. Elə bir cığırdır ki,bu insanların ürəyindən keçir.Sənə olan sevgi də məhz bu yoldan keçir.Azərbaycan xalqı azadlıq carçısı bu böyük şairi həmişə qəlbində yaşadacaq.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm.